Məktəbimizdə Sülh Günü qeyd olunur

    Məktəbimizdə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir  keçirilib. Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. 

 Dərslərdə şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaqla yanaşı, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə rəsm sahəsində qabiliyyəti olan şagirdlər tərəfindən məktəbin həyətində asvalt üzərində mövzuyla bağlı rəsmlər çəkilib. "Biz sülhə səs veririk", “Azərbaycan sülh tərəfdarıdır”, “Göyərçinim-sülh quşum”, “Sülhə gəlin, ey insanlar!” şüarları altında sülh rəmzi olan ağ göyərçin və ağ rəngli şarlar səmaya ucaldılıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi