Məzunumuzun “Mənim böyük dünyam” kitabının təqdimat mərasimi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə «Karikaturaçı Rəssamlar Birliyi»nin, FECO Azərbaycan qrupunun üzvü, "Planet Parni iz Baku" KVN Teatrının aktyoru, "Qorod" jurnalının naşiri, Azərbaycanın əməkdar artisti, "Humay" milli mükafatının qalibi  Bəhram Bağırzadə tərəfindən ərsəyə gələn “Мой большой мир” kitabının ilk təqdimat mərasiminin məzunu olduğu məktəbdə təşkili məktəb rəhbərliyi və şagirdlər tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova, Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri, mətbuat katibi İradə İbrahimova, BŞTİ–nin İctimaiyyətlə Əlaqələr sektorunun əməkdaşı Lalə Qarayeva, AZƏRTAC – ın müxbiri Süleyman Qaradağlı iştirak edirdilər.

Tədbirdə çıxış edən Ceyran Kuliyeva Bəhram Bağırzadənin çoxşaxəli ictimai fəaliyyətindən  söz açarkən onun ərsəyə  gətirdiyi “Bakı”, “Баку”, “Нахчыван”, “Иреван”, “Шуша” kitablarının məktəblilərin vətənpərvərlik tərbiyəsində, milli–mənəvi dəyərlərimizin təbliğində əvəzsiz rol oynadığını bildirməklə yanaşı “Mənim böyük dünyam” kitabının ekoloji maarifləndirmə və uşaqların təbiətə olan sevgisinin formalaşmasında mühüm rol oynayacağını qeyd etdi.  

ETSN-in şöbə müdiri Səyyarə Məmmədova da azyaşlı oxuculara ünvanlanan kitabda ətraf mühitin ayrı-ayrı komponentləri, onların bir-biri ilə qarşılıqlı əlaqəsi və bu sahədə məktəblilərin üzərinə düşən məsuliyyət hissi barədə məlumat verdi.

Bəhram Bağırzadə son dövrlərdə  işıq üzü görən nəşrləri barədə şagirdlərə məlumat verərkən, “Мой большой мир” kitabının ərsəyə gəlməsində əvəzsiz xidməti olan Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə dərin təşəkkürünü bildirdi.

Sevimli məzuna ünvanlanan çoxsaylı suallara cavab vərən Bəhram Bağırzadə onlara mütaliə etməyi, biliklərə mükəmməl yiyələnməyi tövsiyyə etməklə yanaşı, əsil vətəndaş olmağı, möhkəm iradə və məsuliyyət hissinin vəhdətində daha böyük hədəfləri qarşıya məqsəd qoymağı, gələcək uğurlara qətiyyətlə can atmağı məsləhət gördü.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi