2019/2020 – ci tədris ilinin ilk dərsləri

Təhsil Nazirinin 30.08.2019 – cu il tarixli  F –531 nömrəli əmrinə əsasən 2019\2020 – ci tədris ilinin başlanması münasibətiylə “Bilik günü”ndə  ilk dərslər I - IV siniflərdə “İdman və sağlamlıq”, V – IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X–XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr edilmişdir. Bu məqsədlə sinif rəhbərlərinin təşkilatçılığı ilə bu dərslərə qonaqlar dəvət edilmiş, video – roliklər hazırlanmış, mövzularla bağlı maraqlı söhbətlər təşkil edilmişdir.

Qonaqlar arasında AMEA–nın mütəxəssisləri, gənc yazıçılar, jurnalistlər, idmançılar – Yazıçı, publisist, dramaturq, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərli,“İşıq” jurnalının məsul katibi, BDU–nun jurnalistika fakultəsinin müəllimi Afaq Sadıxova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hekayə və nağılların müəllifi Elvira Məmmədova, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusov, “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Quliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dossenti Azər Hüeynov,  Azərbaycan Slavyan Universitetinin professoru Habil Məmmədov, İçərişəhər Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Lalə Əsədova, Təhsil meneceri və eksperti Rüfət Əliyev və başqaları iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi