Olimpiya Mədəniyyəti və Təhsil proqramındakı qalibiyyətimiz

    XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində iştirak edən və uğur qazanan 6 Bakı məktəb heyəti ilə  görüş keçirilib.

    “Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə  Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    İdmançılarımızın mötəbər turnirdəki uğurlu çıxışlarını əks etdirən videoçarx nümayişindən sonra  mötəbər qonaqlar XV Avropa Gənclər Olimpiya Festivalına uğurla ev sahibliyi edən Azərbaycanın yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə Avropanı növbəti dəfə heyran etməsindən, idmançılarımızın növbəti qələbəsindən və bütün bu uğurların ilhamçısı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müstəsna rolundan  söz açdılar.

    Tədbirdə öncə Avropa Gənclər Olimpiya Festivalının medalçıları, sonra isə qalib məktəblərin rəhbərləri mükafatlandırıldılar. Məktəbimizin əldə etdiyi bu uğurda iştirak edən hər bir komanda üzvünə, məktəb nümayəndə heyətinə, başlıcası isə qələbənin əldə olunmasında müstəsna əməyi olan valideynlərə təşəkkür edir, sonsuz ehtiramımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi