Insan hüquqları aylığı çərçivəsində həyata keçirilən tədbirlər
Insan hüquqları aylığı çərçivəsində məktəbimizdə bir neçə tədbir keçirilmişdir. Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Fəxrəddin Mehdiyevin iştirakı ilə məktəbimizin şagirdləri üçün hüquq dərsləri təşkil edilmiş, Fəxrəddin müəllim şagirdlərimizə uşaq hüquqları ilə bağlı məlumat vermiş və onların suallarını cavablandırmışdır.
Məktəbdə eləcə də, Uşaq hüquqları mövzusuna həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Tarix müəllimi Lalə Məmmədova MBT-nin “Uşaq hüquqları” konvensiyası, onun maddələri və konvensiyasının əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Dəyirmi masa iştirakçıları arasında müasir dövrdə dünyada uşaq hüquqlarının pozulması halları haqqında maraqlı fikir mübadiləsi aparılmış, şagirdlər moderator tərəfindən respublikamızda uşaq hüquqlarının qorunması ilə bağlı görülən tədbirlərlə tanış olunmuşlar.
Aylıq çərçivəsində həmçinin məktəbin rəsm dərnəyinin üzvlərinin bu mövzuyla bağlı əl işlərinin sərgisi təşkil edilmişdir.