Məktəbimizdə “Xəmsə” milli intellektual oyunu keçirildi

Məktəbimizdə “Xəmsə” milli intellektual oyunu keçirildi. Oyunu təşkil eden “Renesans” komandasının üzvüləri şagirdlərimiz Kənan Orucov,Vüsal İsmayılov, Kamal Ağayev və Nigar Rüstəmli idi.Oyun 4 sinif arasında keçirildi. Bu yarışda 10 A sinfi yüksək qabiliyyət və istedadlarını göstərərək birincilik qazandılar. Qalib komanda məktəb tərəfindən diplom və hədiyyələrlə təltif olundular. Ən yaxşı oyunçu nominasiyasına 9 B sinif şagirdi Abbas Mədətzadə layiq görüldü.