Məktəbimizdə Respublika Günü qeyd edilir
Nəriman Nərimanovun Xatirə Muzeyi məktəbimizdə Respublika Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirib. Muzeyin direktoru Kamilə Hüseynova şagirdlərə Cümhuriyyətin yaranmasından, müstəqilliyimizin keşməkeşli yolundan söz açdı. Muzeyin əməkdaşı Vəsilə Salmanova öz çıxışında qeyd etdi ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də xalqımızda azadlıq, müstəqillik ideallarını daha da gücləndirib və onu gələcəyə miras qoyub. Sonda şagirdlərin ifa etdiyi bir-birindən gözəl şeirlər və musiqi nömrələri tədbirə rəng qatıb.