“Zəif bənd” yarışması

14.03.2016 – cı il tarixində 189-190 №–li tam orta məktəbin VIII sinifləri arasında “Zəif bənd” yarışması keçirildi. Yarışın təşkilatçısı və ssenari müəllifi riyaziyyat müəllimi Nüşabə Ağayeva idi. Şagirdlərin yüksək marağına səbəb olan bu yarşmanın qalibi VIIIb sinif şagirdi Xəlilzadə Sürəyya oldu. Tədbirin sonunda məktəbin direktoru Ceyran xanım Kuliyeva çıxış edərək belə tədbirlərin şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsində müstəsna rolu olduğunu vurğuladı. O, yarışın qalibini təbrik edərək onu diplomla təltif etdi, yarışın təşkilatçılarına təşəkkür etdi, bu kimi bilik yarışları və intellektual oyunların davamlı olmasını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi