11.03.2016-cı ildə məktəbimizdə fiziki tərbiyə fənn metodbirləşməsi tərəfindən 5d və 5 f sinif şagirdlərinin iştirakı ilə “Biz birlikdə güclüyük” devizi altında yarış keçirilmişdir. Yarış həm də 2016-cı ildə Rio-de-Janeroda keçirilcək Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına dəstək xarakteri daşıyırdı. Tədbirdə Təhsil Nazirliyin nümayəndəsi Səməndər Allahverdiyev və Tops proqramının layihə rəhbəri Vəli Musayev iştirak edirdilər. Tədbirin sonunda hər iki sinifin şagirdlərinə diplomlar təqdim olundu.