“Sabahın alimləri müsabiqəsinə aparan yol”
Son aylarda məktəblərarası bilik yarışları, müsabiqələr və müxtəlif səpkili tədbirlərin təşkilinə böyük diqqət yetirilir. Belə tədbirlərdən biri də Xətai rayonundakı 245№–li, 116№–li və Səbail rayonundakı 189-190№–li məktəbin birgə qatıldığı “Sabahın alimləri müsabiqəsinə aparan yol” adlı layihə idi. Hər 3 məktəbin VII, VIII və IX sinif şagirdləri ekologiya və biologiya sahəsi üzrə “elmi işlərlə” bu müsabiqəyə qatılmışlar.Belə müsabiqələrin təşkili şagirdlərdə əməkdaşlıq, kollektivi təmsiletmə, sağlam rəqabət, özünə inam hisslərinin aşılanmasında mühüm rol oynayır.Məktəbimizin biologiya müəllimi Zülfiyyə Muradovanın rəhbərliyi ilə müsabiqəyə qatılan VII sinif şagirdi Uraynat Mahmudova, VIII sinif şagirdi Kamran Muradov və IX sinif şagirdi Muxtar Cəfərlinin hazırladıqları layihələr rəğbətlə qarşılanmış, I yerə layiq görülərən elmi işlərdən ikisi 116№–li məktəbin, biri 245№–li məktəbin, biri isə məktəbimizin şagirdlərinin hazırladıqları layihələr olmuşdur.Bütün qalibləri və iştirakçıları təbrik edir, onlara daha böyük uğurlar diləyirik.