Gəncə məktəbliləri ilə online görüş

Məktəbimizin dostluq əlaqələri genişlənir. Belə ki, məktəbimizin şagirdləri bu dəfə Gəncə məktəbliləri ilə görüşdə iştirak etdilər. Mədəniyyət və Turizm İdarəsi Şəbəkəsinə daxil olan Səbail rayon MKS tərkibindəki M.Qorki adına kitabxanada Abdulla Şaiqin anadan olmasının 135 illiyinə həsr edilmiş tədbir Bakı və Gəncə məktəblilərinin iştirakı ilə keçirildi. Gəncə şəhər MKS-ə daxil olan kitabxanada şəhərin 25№li tam orta məktəbinin III,V və VI sinif şagirdləri ilə məktəbimizin VI və VII sinif şagirdləri arasında skayp vasitəsilə əlaqə yarandı. Tədbirdə iştirak edən A.Şaiqin mənzil-muzeyinin baş elmi işçisi G.Əsədovanın ədibin həyat və yaradıcılığına dair məlumatı hər kəsdə maraq doğurdu. Məktəbin dil-ədəbiyyat müəllimi Şövqiyyə Rəsulovanın rəhbərliyi altında Nəbizadə Mühəmməd və Məmmədli Rahmənin hazırladıqları slayd-təqdimat nümayiş olundu. Mirbabayeva Aytəkin, Rəhimova Zeynəb,Dadaşova Nurcan,Xanlarova Bəyim və Məmmədli Nərmin şeirlər söylədilər,”Məktub yetişmədi” hekayəsinin müzakirəsində iştirak etdilər. Sonda hər iki tərəf bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq davamlı olacağını arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi