“Nə? Harada? Nə zaman? “

Bu günlərdə məktəb əsl intellekt yarışının, bilik mücadiləsinin şahidi oldu.“Nə? Harada? Nə zaman? “ suallarını cavablandırmaq üçün “Bilicilər” masa arxasına keçmişdilər. Onları “sual yağışına” tutan isə öz müəllimləri idi: Ağayeva Nüşabə (riyaziyyat),Rzayeva Xanım (Azərbaycan dili),Əfəndiyeva Kəmalə ,Adıgözəlova Nərminə (kimya),Qarayeva Sevil (fizika), Nəsibova Samirə,Tağıyeva Sevil (tarix),Kazımzadə Fəridə (coğrafiya), Muradova Zülfiyyə,Nadirova Sevda (biologiya) və Həmzəyeva Ulduzə (təsviri sənət). Düşündürücü,məntiqə əsaslanan 12 ən gözəl sual seçilib oyun masasına çıxarılmışdı. Bundan əlavə oyunun formatına uyğun olaraq 3 sualdan ibarət “Superblits” də oynanıldı, oyun masasına “Qara qutu” da, şəkil də gətirildi. Məktəbin X və XI sinif şagirdlərindən ibarət “Bilicilər” komandası – Tofiq, İnara, Çingiz,Yevgeniya, Suad və kapitan Ağayev Kamal gərgin keçən və qaydalara ciddi əməl olunan yarışmadan qalib çıxdılar. “Oyunu izləyən onlarla şagird və müəllim qarşısında duruş gətirən komanda hər cür alqışa və tərifə layiqdir” – dedi Ceyran xanım. Fərhadın skripkada ifası, İbrahimin Mirzə Cəlildən söylədiyi felyeton yarışmaya xüsusi rəng qatmış və komandanı dəstəkləmiş oldu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Rzayevanın təşkilatçılığı ilə ərsəyə gələn və aparıcılığı ilə keçən yarışmanın uğuru onun davamlı olacağından xəbər verirdi. Sonda “Ən fəal oyunçu” və “Ən yaxşı sual” nominasiyalarında qaliblər müəyyənləşdirildi və xatirə hədiyyəsi ilə mükafatlandırıldı. Rəğbətləndirmə və stimullaşdırma məqsədilə hər kəsə – komanda üzvlərinə və sual müəllifi olan fənn müəllimlərinə də oyundan xatirə olaraq hədiyyə verildi.