OCEP layihəsi çərçivəsində İsveç Krallığının konsulu Christian Kamill məktəbimizdə
Bu gün OCEP layihəsi çərçivəsində İsveç Krallığının Bakıdakı konsulu Christian Kamill məktəbimizin qonağı oldu.
Qonağa OCEP layihəsinin məqsədi və vəzifələri, eləcə də, Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalı barədə məktəbin direktoru tərəfindən ətraflı məlumat verildi. Məktəbimizin IX sinif şagirdi Jalə Əliyevanın İsveç və fizki tərbiyə müəllimi Namiq Cəfərovun layihə çərçivəsində məktəb tərəfindən indiyədək həyata keçirilən hesabat xarakterli təqədimatı cənab Christian Kamill tərəfinfən böyük maraqla qarşılandı. Tədbirə qatılan OCEP layihəsinin ekspert qrupunun nümayəndələri də layihə barədə qonaqlarla fikir mübadiləsi apardılar. Şagirdlərin cənab konsula ünvanladığı çoxsaylı və maraqlı suallar cavablandırıldı və sonda xatirə şəkli çəkildi.