“Təhsildə müasir qiymətləndirmə metodları ” mövzusunda mühazirə
5-6 mart 2016-cı il tarixində Global Career İnstitutu tərəfindən beynəlxalq treninq keçirilmişdir. Treninqdə Prof. Dr. Ali Osman Özcan İstanbul Gelişim Universitetin kafedra müdiri “Uşaqlarda zehni inkişafın psixoloji metodları” mövzusunda mühazirə ilə çıxış etmişdir. Bundan başqa Dr. Aysel Ferar Sakarya Dövlət Universitetinin aparıcı müəllimi “Təhsildə müasir qiymətləndirmə metodları ” mövzusunda mühazirə ilə çıxış etmişdi. Məktəbimizin müəllimi Cəfərov Namiq beynəlxalq treninqdə iştirak etmiş və sertifikata layiq görülmüşdür.