Ana dilinə həsr olunmuş yarış

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində X-XI siniflər arasında Azərbaycan dili və ədəbiyyat ongünlüyünə həsr edilmiş intellektual viktorina xoş təəssüratlarla yadda qaldı. Ana dilinin dərindən öyrənilməsinə diqqət və həvəsi artırmaq məqsədilə keçirilən bu yarış 3 mərhələdən ibarət idi.Yarışma başlamazdan öncə məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri yarış iştirakçılarını oyunun şərtləri ilə tanış etdikdən sonra şagirdlər bilik və bacarıqlarını nümayiş etdirdilər. Suallara söylənilən müxtəlif versiyalar və hər bir doğru cavab alqışlarla qarşılandı.Ədalətlilik, qarşılıqlı hörmət, səmimilik şəraitində keçən bu yarışda məktəbimizin komandası II yerə layiq görüldü. Sonda müsabiqənin iştirakçıları münsiflər heyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.Dostluq,bərabərlik, mehribanlıq,ən əsası ana dilinə sonsuz məhəbbət qalib gəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi