Məktəbimiz “Oxu Günü”ndə

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşan. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”ndə məktəbimiz Azərbaycan xalqının yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrinin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaratmış, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması əsasında hazırlanmış ədəbi-bədii kompazisiya ilə təmsil olundu. Təhsili Nazirliyi və BŞTİ nin  rəhbərliyi, eləcə də nüfuzlu qonaqlar tərəfindən  izlənilən  təqdimatlmız hər kəs tərəfindən yüksək qiymətləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi