Məktəbimizdə Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunub

Məktəbimizdə 01 mart –Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı Səbail rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli tədbir keçirilmişdir.Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, rayon Ağsaqqallar və Veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 189-190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışmışdır.Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev, Rayonun Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış, əsas məqsədin şagirdlərin maarifləndirməsi, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunması vərdişlərinin aşılanmasından ibarət olması vurğulanmışdır. Rəsmi hissədən sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olundu. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlandı. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verildi.Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanalara aparıldılar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürüldü. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirildi.Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirildi. Bu dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.Maarifləndiric məqsəd daşıyan tədbir miqyasına və xarakterinə görə məktəblilərin böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi