Türkiyəli qonaqlar məktəbimizdə

   BŞTİ-nin təçəbbüsü ilə məktəbimizdə  Ankara, İstanbul,  İzmir Milli Təhsil idarələrinin rəhbərləri, BŞTİ-nin müdiri və əməkdaşlarınıın, eləcə də Bakı şəhərinin 12 məktəb direktorunun  iştirakı ilə tədbir keçirildi.

    Kiçikyaşlı məktəblilərin ifasında səslənən Azərbaycan  musiqisi və Türk Halayından  sonra qonaqlar bir neçə sinif otağında dərs prosesini izləmiş, sonra isə məktəb muzeyində fikir mübadiləsi aparmışlar. Azərbaycanda həyata keçirilən təhsil islahatı, Təhsil Strategiyası və strateji istiqamətlər, bu istiqamətlərin həyata keçirilməsi sahəsində  reallaşan uğurlu addımlar, məktəbimizdə  hər bir şagird üçün məmnun tədris mühitinin yaradılması üçün rəhbərlik tərəfindən  həyata keçirilən fəaliyyət istiqamətləri  və bir çox maraqlı məqamları əks etdirən  və qonaqlara direktor tərəfindən təqdim olunan  vieo-çarx və təqdimat görüş iştirakçıları  tərəfindən məmnunluqla qarşılandı. Sonda şagirdlərlə xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi