Dünya Azərbaycanlılarının Soyıqımı ilə bağlı tədbirin təşkili

    1918–ci il 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı BDU–nun Azərbaycan tarixi kafedrasının dosenti, fəlsəfə doktoru Boran Əziz və BSU–nin Beynəlxalq Münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru professor Habil Məmmədov məktəbimizin qonağı olmuşlar. Şagirdlərlə təşkil olunmuş görüşdə Boran müəllim soyqırımın səbəblərini, baş verdiyi dövrü, cümhuriyyət dövründə yaradılmış tədqiqat komissiyasının fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Habil müəllim isə müasir dövrdə ermənilərin fəaliyyət istiqamətlərinə toxunaraq informasiya müharibəsində qalib gəlmək, gəncləri vətənpərvərliyə, tarixini dərindən öyrənməyə, tarixin qanlı səhifələrindən nəticə çıxarmağa səsləmişdir. Görüşün sonunda tədqiqatçı - alim Boran Əziz Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların Soyqırımlarına həsr olunmuş monoqrafiyalarını məktəbin kitabxanasına hədiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi