31 Mart Azərbaycanlıların Soyqırımı Günü N.Nərimanov adına kitabxanada qeyd olundu
Məktəbimizin yuxarı sinif şagirdləri tarix müəllimi Lalə Məmmədova ilə Səbail rayon mərkəzləşdirilmiş kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü iləbağlı təşkil olunmuş dəyirmi masada iştirak etdilər. Kitabxananın əməkdaşı Şəfa Əliyeva soyqırım günlərini əks etdirən slaytlar təqdim edərək baş verən hadisələr haqqında şagirdlərə ətraflı məlumat verdi. Lalə Məmmədova da öz növbəsində XX əsrdə xalqımızın yaşadığı bu qanlı hadisələrin səbəblərini izah edərək bildirdi ki, belə faciələrin bir daha yaşanmaması üçün unutqan olmamalı, tariximizi öyrənməli və hadisələrdən nəticə çıxarmağı bacarmalıyıq.