31 Mart Azərbaycanlıların Soyqırımı Günü məktəbimizdə qeyd olundu
Xalqımızın XX əsrdə yaşadığı faciələrdən biri 1918 – ci il martın 31-də Stepan Şaumyanın rəhbərliyi ilə erməni silahnlıları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Bu faciə haqqında şagirdləri məlumatlandırmaq üçün Nəriman Nərimanovun xatirə muzeyinin böyük elmi işçisi Rəna Qəhrəmanova, bələdçilər Vəsilə Salmanova, Nübar Cəlilova məktəbimizin şagirdləri ilə görüşdülər. Öncə soyqırıma həsr olunmuş slayd təqdim olundu, Nəriman Nərimanovun həmin hadisələrin qarşısını almaq üçün göstərdiyi fəaliyyət haqqında ətraflı məlumat verildi. Son olaraq bu hadisəni tədqiq edən tədqiqatçıların əsərləri şagirdlərə təqdim olundu.