“Hazırcavablar” intellektual oyunun iştirakçısı olduq
AzTv kanalında “Hazırcavablar” intellektual oyunu keçirildi. Həmin oyunda 8a sinif şagirdlərindən Ələsgərov Oruc, Abbasov Elcan və Mehdiyev Toğrul bilik və bacarıqlarını layiqincə nümayiş etdirdilər. 4 komanda arasında keçirilən bu yarışda məktəbimizin təmsilçiləri 20 xal toplayaraq birinciliyi əldə etdilər. Məktəbimizin komandasına növbəti mərhələlərdə uğurlar arzulayırıq.