Novruz bayramı OCEP layihəsi çərçivəsində
OCEP layihəsi çərçivəsində məktəbimizdə növbəti tədbir keçirildi. Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimovun da iştirak etdiyi bu tədbir milli bayramımız olan Novruza həsr olunmuşdu.
Azərbaycanın müxtəlif bölgələrinin, eləcə də tərəfdaş Avropa ölkəsi olan İsveçin milli mədəni abidələri, tarixini əks etdirən tərtibat və Azərbaycanın bölgələri və İsveçin milli mətbəxi, musiqisi, rəqsləri tədbirə xüsusi ahəng verdi.
Tədbirdə çıxış edən qonaqlar və məktəbin direktoru belə möhtəşəm tədbirin təşkilinə görə valideynlərə dərin təşəkkürlərini bildirdilər.