Şagirdlərimiz OCEP layihəsi çəçrivəsində siyasi sistemin İsveç modelini öyrənir
Məktəbimizdə OCEP 2019 layihəsi çərçivəsində "İsveç hüquqları" adı kitabın müəllifi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Fəxrəddin Mehdiyev tərəfindən məktəbimizin IX sinif şagirdləri üçün hüquq dərsi təşkil edilmişdir. Dərs zamanı İsveç və Azərbaycanın hüquq sistemi və onların qarşılıqlı əlaqəsi müzakirə olunmuşdur. Dərsə hazırlıq məqsədiylə şagirdlərimiz Azərbaycanın hüquq sistemi, insan hüquqlarının qorunması sayəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat əldə etmişlər. İsveçdə yaşayan əslən azərbaycanlı olan xanım deputatların İsveç parlamentinə seçilməsi və onların bu uğura gedən yolu haqqında maraqlı məlumatlar və onlar barəsindəki videorolik şagirdlər tərəfindən maraqla izlənilmişdir. "İsveç hüquqları" kitabının müəllifi Fəxrəddin Mehdiyev dərsin sonunda şagirdlərə öz kitabını hədiyyə etmişdir.