Zərərli vərdişlərə yox deyək mövzusunda tədbir
Səbail rayon Polis İdarəsinin və 9–cu Polis bölməsinin birgə təşkilatçılığı ilə məktəbimizdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında tədbir keçirilmişdir.
Tədbirdə, Səbail RPİ–nin şəxsi heyət üzrə rəis köməkçisi, YYÇPİTB-nin rəisi və əməkdaşları, 9- cu PB–nin rəisi və YYÇİÜ baş inspektoru, Səbail rayon Polis İdarəsinin Veteranlar Şuasının üzvləri, Bakı şəhəri Narkoloji Dispanserinin həkimi və İçərişəhər İmaməli məscidinin İmamı iştirak etmişlər.
Tədbir zamanı mövzu ilə bağlı göstərilən videoçarx tədbirdə iştirak edən hər bir şagirdin marağına səbəb olmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və X – XI sinif şagirdləri iştirak etdilər. Sonda isə qonaqlar müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.