Fövqəladə uşaqların gözü ilə

Məktəbimizdə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Fövqəladə uşaqların gözü ilə” mövzusunda II, III, IV, V, VI, VII, hətta, IX və X siniflərdə dərslər keçirildi. Dərslərdə müəllimlər və şagirdlərlə yanaşı, Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə hissəsinin 26YMB rəisi, Daxili xidmət mayoru Zöhrab Eyvazov da iştirak edirdi.
Şagirdlərin hazırladıqları təqdimatlar, videorolik şəklində nümayiş etdirildi, dərslərdə əyani vəsaitlərdən istifadə olundu. Zöhrab müəllim şagirdlərimizi maraqlandıran bütün sualları cavablandırdı. Mülki müdafiə gününə həsr edilmiş dərslər hər kəs, xüsusilə də qonağımız tərəfindən çox maraqla qarşılandı.