“Valideynlərimizin peşəsi” layihəsi çərçivəsində növbəti dərs
2k sinfinin “Valideynlərimizin peşəsi” layihəsi çərçivəsində bu dəfəki dərsi Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı valideyn Sevinc Qafarova tərəfindən tədris olundu. Sevinc Qafarova şagirdlərə daxili işlər orqanlarının fəaliyyəti barədə məlumat verərkən, cəmiyyətdə sabitliyin, əmin-amanlığın qorunmasında, cinayətkarlıqla mübarizədə polisin fədakar xidməti barədə söhbət açıb.
Bundan əlavə o Polis Akademiyasında müasir ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün zəruri şəraitin yaradıldığını deyib. O, polisin təhlükə anında vətəndaşların köməyinə çatması üçün 102 zəng mərkəzinin günün bütün saatlarında zənglərin qəbul etdiklərini, bundan əlavə bayır xidmətində olan Yol polisi, Post-Patrul, Mühafizə və digər xidmətlərin insanların köməyinə gəlməsi üçün səfərbər olmalarını deyib.
Sonda Sevinc Qafarova hər kəsin öz hüququnu bilməsi üçün onlara yol hərəkəti qaydalarını öyrənmələri, zərəli vərdişlərdən uzaq olmaları, sağlam böyümələri üçün müəllim və valideynlərin tövsiyələrinə diqqət etməli olduqlarını deyib.
Tədbirin sonunda şagirdlər tərəfindən hüquqları təmin olunmuş vətəndaşın polisə minnətdarlığını əks etdirən səhnəcik göstərilib.