Xocalı Soyqırımı - XX əsrin faciəsi
Xocalı Soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı Soyqırımının 27-ci ildönümü ərəfəsində məktəbimizdə təşkil olunmuş tədbirə Xocalı Rayon Veteranlar Şurasının sədri Qafar Nuriyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini Qurban Osmanov, sədrin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov, Vətən Müharibəsi Vətəranlar İctimai Birliyi sədrinin müavini Tahir Vəliyev, Xocalı rayon sakini şəhid ailəsi Nizami Məmmədov, Xocalı sakini Famil Novruzov dəvət olunmuşlar. Məktəbin direktoru tədbiri Ulu Öndər Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır" sözləri ilə açdı.
Xocalı faciəsi barədə çıxış edən qonaqların hər biri şahidi olduqları dəhşətlər barədə məlumat verdilər. Xocalı sakini, şəhid ailəsinin nümayəndəsi Nizami Məmmədov şagirdlərə şahidi olduğu erməni hərbçilərinin xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklərindən söz açdı . Erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə azərbaycanlı qadını diri-diri yandırmaları, ,azərbaycanlının erməni qəbri üzərində başını kəsmələri , körpə uşaqların gözlərini çıxarmaları kimi faktları eşidən şagirdlərin hər birində mənfur düşmənə qarşı nifrət hissi oyandı. Tədbirin sonunda məktəbin direktoru tariximizin qanlı səhifələrini unutmamağı, Vətən sevgisinin dilimizə, tariximizə, mədəniyyətimizə sevgidən qaynaqladığını billdirdi.