Ana dili günü
21 Fevral Beynəlxalq Ana Dili Günündə məktəbimizin V sinif şagirdləri Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun Xatirə Muzeyinin qonağı oldular. Tədbiri giriş sözü ilə açan dil-ədəbiyyat müəllimi Natavan Məmmədova bildirdi ki, görüşün 21 Fevral Beynəlxalq Ana dili gününə təyin edilməsi heç də təsadüfi deyil. Belə ki, Nəriman Nərimanovun çoxşaxəli fəaliyyətində, milli dövlətçilik baxışlarında ana dili və onun saflığının qorunması həmişə prioritet məsələ olmuşdur. Məhz onun fəaliyyəti dövründə Azərbaycan dili dövlət dili statusu almış, dövlət idarələrində yazı işlərinin-kagüzarlığın ana dilində aparılması barədə sərəncam verilmişdir. Tədbirin sonunda şagirdlərimizin ifasında səslənən şeirlər qonaqların və muzey əməkdaşlarının çox xoşuna gəldi.