Ideoloji maarifləndirmə sahəsində tədbir
“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış BŞTİ - nin birgə iş planında İdeoloji maarifləndirmə sahəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyə ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, ölkəmizin regionda lider dövlətə çevrilməsi və ölkəmizdə sosial iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri mövzusunda“ şagirdləri məlumatlandırmaq məqsədiylə Azərbaycan Respublikası Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyev məktəbimizin qonağı oldu.
Mötəbər qonağın müstəqil Azərbaycanımızın son 15 ildəki uğurları, inkişafı, regionda lider dövlətə çevrilməsi, siyasi - iqtisadi, eləcə də, təhsil sahəsində həyata keçirilən quruculuq işləri barədə maraqlı söhbəti şagirdlərimizin ideoloji cəhətdən maarifləndirilməsində müsbət rol oynadı. Şagirdlərin çoxsaylı suallarını cavablandıran Şəmsəddin Hacıyev belə görüşlərin təşkilini yüksək dəyərləndirərək Ölkə baçşısı İlham Əliyevin gənclər siyasətini şagirdlərə xatırlatmaqla, müstəqil Azərbaycanın gələcək qurucularına uğurlar dilədi.