Yubilyarlar haqıında tədbir

 Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının  və fənn müəllimi Gülşən Fərəcovanın təşkilatçılığı  ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə bağlı məktəbin 7a  sinfində “Tənqidi realizmin banisi” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, azərbaycançılıq ideyası, ana dilinin inkişafında rolu, həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazları haqqında maraqlı məlumatlar çatdırıldı.

Kitabxana əməkdaşlarının Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynaması və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət olması, ana dilinin saflığı uğrunda daim mübarizə aparması,  dərin humanist məzmuna malik  qiymətli dram və nəsr əsərləri barədə məlumatları, eləcə də, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Tənqidi realizmin banisi: Cəlil Məmmədquluzaə 150” adlı videoçarxının nümayişi şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi