Azərbaycan futbolunun inkişafına çalışırıq!

    UEFA Avro Liqa Bakı 2019 finalına həsr olunmuş tədbirdə iştirak üçün məktəbimizin VII və VIII sinif şagirdlərinin futbol komandaları arasında püşkatma mərasimi keçirildi. Püşkatmada B kateqoriyalı məşqçi Vladislav Ledyayev və Avro Liqada “Olimpik Şüvəlan” komandasının oyunçusu məşhur futbolçu  Nugzar Kvirtiya da  iştirak edirdi. Aprel – may aylarında “Respublika günü”nə həsr olunmuş məktəblilər arasında keçiriləcək futbol yarışının təşkilində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin – idmanın kütləviliyinə, şagirdlərin asudə vaxtının səmərəli təkilinə, eləcə də, Azərbaycanda futbolun inkişafına zəmin yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi