“Cümhuriyyət ili” çərçivəsində daha bir maraqlı tədbir

    “Cümhuriyyət ili” çərçivəsində məktəbimizdə növbəti maraqlı tədbir həyata keçirildi. Tədbirdə öncə məktəbimizdə Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən bütün tədbirləri -  dəyirmi masa, inşa, şer müsabiqələri, film nümayişi, muzeylərə ekskursiya, muzey və kitabxanalarda tədris olunan dərsləri özündə əks etdirən videoçarx nümayiş  etdirildi.  Daha sonra şagirdlərin ifasında vətənpərvərlik tərbiyəsinə, istiqlal və azadlıq mücadiləsinə həsr olunmuş şerlər səsləndi.

    Tədbirin ən maraqlı məqamı dövlətçiliyin inkişafında xidmətləri olan tarixi şəxsiyyətlər, Azərbaycan Dövlətçiliyində müstəsna yeri olan Azərbaycan Cümhuriyyətinin yaradıcıları və nümayəndələri, eləcə də, cümhuriyyət tarixi barədə şagirdlərimizin yiyələndikləri bilgilərin “Bilik yarışı” şəklində nümayişi oldu. IX – XI sinif şagirdlərindən təşkil olunmuş “İstiqlal”, “Cümhuriyyət” və “Azərbaycan” komandaları arasında keçən  gərgin  rəqabət, hər biri 10 sualdan ibarət  3 raundda reallaşdı. Raundlar arası balların hesablanması mərhələsindəki musiqi nömrələri də dinləyicilərdə xoş ovqat yaratdı.  Hər 3 komandanın maraqlı oyun nümayiş etdirməsi qalib komandanın deyil, qalib oyunçunun aşkarlanması ilə yekunlaşdı.  Yarış iştirakçıları tədbirin təşkilatçıları tərəfindən diplomlar, qalib şagird isə cümhuriyyətçilərin mühacir həyatından bəhs edən kitabla mükafatlandırıldı.

    Bu tədbirin özəlliyi şagirdlərimizin tariximizin bu mühüm dönəmi barədə yetərincə bilgi əldə etmələri oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi