“Dünyaya Səyahət”in budəfəki ünvanı - Türkiyə!

     Məktəbimizin ibtidai sinif müəllimi Nigar Fiqarova bu tədris ilində öz təşəbbüsü ilə rəhbərlik etdiyi 2f sinfində “Dünyaya Səyahət” layihəsini həyata keçirir. Layihə çərçivəsində hər ölkə üzrə 2 şagird həmin ölkələrin tarixi, mədəniyyəti və ölkələr barədə maraqlı məlumatları əhatə edən təqdimat hazırlayır, təqdimatdan sonra dinlənilən, nümayiş etdirilən məsələlər barədə bütün şagirdlər arasında fikir mübadiləsi aparılır. Kiçikyaşlı  məktəblilərin təhsilin ilk pilləsində dünyagörüşünün zənginləşməsi, İKT-nin imkanlarından məharətlə istifadə etmək və natiqlik qabiliyyətinə yiyələnməsi, dinləmək və dinlənilən mövzuyla bağlı fikir bildirmək qabiliyyətlərinin fomalaşmasına xidmət edən bu layihə valideynlər arasında da böyük marağa səbəb olmuşdur. Dərs ilinin əvvəlindən İtaliya, Rusiya, Çexiya, Almaniya,  Fransa, Qazaxstan, Çin, Yaponiya,  İspaniya,  Amerika,  Böyük Britaniyaya baş tutmuş “Səyahətlərin”  budəfəki  ünvanı Türkiyə oldu.

   “Səyahətə” Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırmanlı və əməkdaşları, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ–nin baş məsləhətçi Böyükağa Əhmədov, Səbail rayonu İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov qatılmışlar. 

    TRT-1 kanalı tərəfindən çəkiliş aparılan bu dərs prosesi bir daha sübut etdi ki, Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı bu gün, hətta yeddi yaşlı şagirdlərin Qardaş TürkiyəRespublikasının tarixi, mədəniyyəti, incəsənətinə olan sevgisinin timsalında özünü doğruldur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi