“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyik

Təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında lazimi informasiyaların verilməsi məqsədilə yaradılan məktəb saytlarının əhəmiyyəti böyükdür. Bu saytlar vasitəsi ilə nəinki ictimayyət, eləcə də digər məktəblər ümumi təhsil məktəbləri barədə müvafiq məlumatlar əldə edə bilirlər. Məktəblər arasında sağlam rəqabətin formalaşmasında da məktəb saytlarının əhəmiyyəti böyükdür.

“Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimində  çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqə qaliblərini təbrik etdi və müsabiqənin keçirilməsinin əhəmiyyətindən söz açdı.

Bakı şəhərinin ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsində Səbail rayonu üzrə qalib olmamız bizi sevindirir və daha böyük üğurlara ruhlandırır.

BŞTİ tərəfindən qalib məktəblərə təqdim olunan laptop vasitəsi ilə daha maraqlı və önəmli məlumatların ictimaiyyətə ötürülməsi arzusu ilə qalib məktəb rəhbərləri və pedaqojı kollektivləri ürəkdən təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi