“Valideynlərimizin peşəsi” layihəsi davam edir
Layihə çərçivəsində Mərkəzi Bankda iqtisadçı vəzifəsində çalışan valideyn Heyran Aslanlının bank sistemi barədə maraqlı təqdimatı şagirdlər tərəfindən maraqla qarşılandı.
Heyran xanımın kiçik yaşlı məktəblilərin anlaya biləcəyi tərzdə pul köçürmələri və əmanətlərin bank hesablarına yatırılması barədə məlumatları, ana və oğulun iştirakı ilə təqdim edilən maraqlı səhnə, yəqin ki, şagirdlərimizin təhsil həyatının ən maraqlı səhifələrindən biri olacaq. Sonda Milli Bankın rəhbərliyi tərəfindən şagirdlərə təqdim edilən hədiyyələr şagirdlərin sevincini daha da artırdı.