Zərərli vərdişlərə yox deyək

    Müasir dövrdə bəşəriyyətin qarşısında duran ən  ciddi problemlərdən  biri də tütündür. Tütünün insan orqanizminə zərəri barədə nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artır.  Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da tütünlə mübarizə ciddi şəkildə həyata keçirilir.Bildiyimiz kimi, zərərli vərdişlərə alüdəçiliyə  yeniyetmələr arasında daha çox təsadüf edilir. Danılmaz faktdır ki, siqaret  bir cox hallarda bəşəriyyətin bəlası olan narkomaniyaya meyilliliyin başlanğıcı ola  bilər. Məktəbimizdə “Məktəblinin dostu” tərəfindən zərərli vərdişlərin mənfi təsirləri barədə VIII və IX sinif şagirdləri ilə məlumat xarakterli maarifləndirci və interaktiv təlimlərin həyata keçirilməsinin başlıca məqsədi də yeniyetmələrin bu qorxunc bəlalara yoluxmasını əngəlləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi