Növbəti aylığın hesabatı

    Fəaliyyət planına əsasən dekabr ayında məktəbdə fizika-kimya aylığı keçirilib. Aylıq çərçivəsində fizika-kimya müəllimlərinin yeni təlim texnologiyalarının tətbiqi ilə nümunəvi dərsləri təşkil olunub, şagirdlər arasında bu fənlərə aid “Ən maraqlı təqdimat”, ”Ən maraqlı referat” müsabiqəsi keçirilib, rəngarəng, fizika və kimya elmində baş verən yenilikləri əks etdirən stendlər hazırlanıb. VIII-IX sinif şagirdləri arasında təşkil olunan İntellektual oyunun ən maraqlı məqamı sualların yalnız şifahi şəkildə cavablandırılması deyil, həm də nəticələrin təcrübə əsasında cavablandırılması idi. Aylıq çərçivəsində həm də X-XI sinif şagirdləri Pedaqoji Universitetin fizika və kimya kafedralarının alim və mütəxəssisləri ilə görüşüb, Universitetin fizika, kimya laboratoriyalarında maraqlı təcrübə dərslərində iştirak ediblər. Fizika-texnologiya kafedrasının dekanı Arzu Daşdəmirov, metodist müəllim Ağaxəlil Əliyev tərəfindən şagirdlərə verilən maraqlı məlumatlar, əyani təcrübələr bu aylığın ən maraqlı məqamlarından biri kimi yadda qalacaq.

    Aylıq çərçivəsində, eləcə də bu fənlər üzrə rəhbərlik tərəfindən V-XI siniflərdə şagirdlərin təlim nəticələri və müəllimlərin tədris keyfiyyətinin öyrənilməsi məqsədi ilə aparılmış monitorinqin nəticələri rəhbərlik tərəfindən təhlil edilmiş və pedaqoji şura iclasında müzakirəyə çıxarılmışdır.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi