Valideyn həkim- kardioloq “müəllim” rolunda

    Səbinə Yusifovanın valideynləri tərəfindən təşkil olunan növbəti “dərs”  həkim – kardioloq Aynur Əsgərova tərəfindən reallaşdı. Şagirdlərə insan orqanının “şahı” olan ürək, onun funksiyaları, xəstəlikləri, fəsadları barədə onların yaş səviyyəsinə uyğun məlumat verən həkim – “müəllim”, hətta İsmayılın  kardioqram çəkilişini əyani şəkildə nümayiş etdirdi. Dərsin sonunda şagirdlərin dərs prosesində əldə etdikləri bilgilərin öyrənilməsi səviyyəsini yoxlamaq məqsədilə “müəllim” tərəfindən şagirdlərə “ürək” rəsmləri paylanıldı və bu rəsmlərdə şagirdlərin ürək qulaqcıqları,  qapaqları, damarlarının şəkillərinin çəkilişi tapşırıldı. Şagirdlərin bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirməsindən razı qalan “müəllim” ikincilərə öz minnətdarlığını bildirdi.

    “Sağlam bədəndə sağlam ruh olar” devizinə  köklənən bu dərsi hər bir şagird  böyük məmnunluq hissi ilə tərk etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi