“Unutsaq unudularıq” başlıqlı tədbirlərin təşkili
Tədris prosesində və dərsdənkənar vaxtlarda “Unutsaq unudularıq” başlığı üzrə Azərbaycan ədəbiyyatının, incəsənətinin inkişafında xidmətləri olan şəxsiyyətlər, o cümlədən vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması məqsədilə məktəbimizdə VI–VIII sinif şagirdləri üçün müxtəlif Azərbaycan filmlərinin nümayişi təşkil olunur. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” filmi və Milli Qəhrəman Mübariz İbrahimov və Aprel Döyüşləri haqqında filmlərin nümayişindən sonra dil - ədəbiyyat müəllimləri tərəfindən şagirdlərə ünvanlanan düşündürücü və maraqlı sualların cavablandırılması şagirdlərdə vətənpərvərlik tərbiyəsinin təbliği ilə bərabər, həm də onların dinləyib (görmə) anlama vərdişlərinin inkişafının formalaşdırılmasına xidmət edib.
III – V sinif şagirdləri üçün “Qaraca qız” (azərbaycan dilində), “Mən mahnı bəstələyirəm” (rus dilində) filmlərinin nümayişi və filmin təhlili ilə bağlı aparılan yazılı tapşırıqlar da, şagirdlərdə Azərbaycan mədəniyyəti, aktyorluk məktəbi, kino sənətinin təbliği ilə bərabər dinləyib – anlama vərdişlərinin inkişafına xidmət edib.