Şəkərli diabet xəstəliyinin profilaktikası məqsədiylə tədbirin təşkili

    “Şəkər xəstəliyi, Şəkərli diabet” – şəkərin qanda xroniki artımıdır. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də  çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 Noyabr Ümumdünya Diabet günü kimi qeyd olunur. 2006–cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyənnamə qəbul edib və bu sənəddə şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi səciyyələndirib.

     Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Belnəlxalq Diabet Federasiyasının (İDF) məlumatına görə 187 milyondan çox insan isə hələ də diabet olmasından xəbərsizdir” – bütün bu fikirlər Bakı şəhəri 2№–li şəhər poliklinikasının endokrinoloqu Aytac Mehdiyeva və terapevt Lamiyə Baxşəliyevanın iştirakı ilə məktəbimizdə təşkil olunan “Şəkərli diabet, onun fəsadları və ona qarşı mübarizə” başlıqlı tədbirdə həkimlər tərəfindən səsləndirildi. Şagirdlər Şəkərli diabetə aid videoçarxa baxdıqdan sonra həkimlər tərəfindən onlara bu xəstəlik, onun yaranma səbəbləri, fəsadları və müalicəsi barədə ətraflı məlumat verildi. Şagirdlərin çoxsaylı sualları həkimlər tərəfindən cavablandırıldı.

    Bu kimi tədbirlərin təşkilinin şagirdlərin sağlam həyat tərzində rolu nəzərə alınaraq  məktəbimizdə mütəmadi olaraq keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi