Şagirdlərimiz "Pətək" ictimai birliyində "Milli dəyərlərimiz" adlı seminarında

    "Pətək"ictimai birliyində "Milli dəyərlərimiz" adlı növbəti seminar keçirildi. Seminarda məktəbimizin VII sinif şagirdləri  İbrahim Səfərəlizadə, Əliabbas Bədəlzadə və Nərgiz Cəbrayılova də iştirak edirdilər. Seminarı "Pətək"ictimai birliyinin rəhbəri açdı. Sonra söz seminarın bələdçisinə - Sevinc Əsgərovaya verildi. Şagirdlərlə tanışlıqdan sonra birliyin əvvəlki seminarları, qazanılan uğurlar haqqında videoçarx izlənildi. "Axırıncı aşırım", "Ögey ana", "Qaçaq Nəbi" və s. filmlərdən fraqmentlər göstərilərək milli-mənəvi dəyərlərimiz, Azərbaycan kişisi və qadınına xas olan xüsusiyyətlər müzakirə edildi. Qruplara bölünən şagirdlər bu mövzuda təqdimatlar hazırladılar. Şagirdlər "Milli-mənəvi dəyərlərimiz pozularsa, nə baş verər?" sualına öz fikirlərini bildirdilər. Sonda seminar rəhbəri  və birliyin rəhbəri şagirlərə səmimi söhbətə görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi