Veloməktəbli layihəsinə yekun vuruldu

    Məktəbimizdə “Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrand layihəsi”nin «Veloməktəbli» layihəsinin yekun tədbiri keçirildi. Layihə rəhbəri məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərov kollektiv və qonaqlar qarşısında hesabat videolarını təqdim etdi. Layihə çərçivəsində iştirak edən məktəblilər sertifikat və təşəkkürnamələr ilə təltif edildi. Tədbirə qatılan məktəbin direktoru və Respublika Olimpiya İdman Məktəbinin direktor müavini Cavid Allahverdiyev də layihə rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi ilə mükafatlandırıldı. Məktəbin direktoru Namiq Cəfərovu uğurlu layihəsi ilə təbrik etdi, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzuladı. Eyni zamanda layihənin şagirdlərə önəmini xüsusi vurğuladı. Cavid Allahverdiyev də öz növbəsində velosipedin sağlamlığa müsbət təsiri haqqında şagirdlərə məlumat çatdırmaqla bərabər, məktəbimizin idmanın müxtəlif növlərində əldə etdiyi uğurlarını təqdirəlayiq hesab etdi. Sonda layihə iştirakçıları xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi