"Yol hərəkəti qaydalarını yadda saxla və riayət et" devizi altında tədbirin təşkili

Məktəbimizdə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə   "Yol hərəkəti qaydalarını yadda saxla və riayət et" devizi altında tədbir keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını öyrənmək və eləcə də, təhlükəsiz davranış qaydaları barədə onları maarifləndirmək idi.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun rəhbərliyi ilə həyata keçirilən tədbirdə öncə şagirdlərə Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış çoxsaylı videoçarxlar nümayiş etdirildi, hər videoçarxın nümayişindən sonra şagirdlərə müxtəlif suallar ünvanlandı və şagirdlər tərəfindən suallar cavablandırıldı. Şagirdlərin fəallığı və hazırcavablılığı ilə keçən tədbir həm qonaqlarda, həm də şagirdlərdə yüksək əhvali – ruhiyyə yaratdı.  

Vaqif Əsədovun rəhbərliyi  ilə həyata keçirilən bu tədbir sanki fəal təlim metodlarının tətbiqi ilə reallaşan dərsə bənzəyirdi. Tədbirin sonunda sual – cavabda daha fəal iştirak edən şagirdlərə maraqlı bukletlər və kitablar  hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi