Məktəb valideyn münasibətlərinin yeni mərhələsi
Dərs ilinin əvvəlində məktəb direktorunun valideynlərin tədris prosesinə daha yaxından cəlb olunmaları çağırışı, eləcə də BŞTİ tərəfindən məktəbimizdə təşkil olunan “Valideynlər üçün Açıq Qapı Günü” tədbiri artıq öz bəhrəsini verməyə başlayıb.
Valideynlərin kiçik yaşlı şagirdlərlə birlikdə müxtəlif layihələrə qatılması, hətta öz peşələri barədə “açıq” dərslər təşkil etmələri sevindirici haldır.
2f sinif valideynlərinin övladlara ilə birgə Rusiya, Yaponiya,Gürcüstan, Fransa kimi ölkələrə “səfərləri”, 2k sinif valideyni musiqiçi Şəhla xanımın şagirdlərə tədris etdiyi musiqi dərsi şagirdlər tərəfindən rəğbət və maraqla qarşılanıb.