Amerikalı mütəxəssis Resurs Mərkəzinin qonağıdır

"Discover America" təhsil proqramının təlimçisi, hazırda ADA fondunun müəllimi Amy Zhubikovun məktəbimizin Resurs Mərkəzində (English Club) apardığı dərs şagirdlərin dinləyib-anlama, danışma və oxu bacarıqlarının inkişafı yolunda atılmış növbəti bir addım oldu. Fəal təlim metodu ilə tədris olunan məşğələdə əqli hücum, müzakirə, prezentasiya üsulları, qruplarla iş şəklində reallaşdı. Amerikalı müəllimin maraqlı pryomları sayəsində şagirdlər ingilis dilli ölkələrin adət-ənənələri haqqında bilgilərini ortalığa qoya bildilər. "Thanksgiving Day" (Şükranlıq günü) mövzusuna həsr edilmiş bu dərs - məşğələ xarici dil təliminin şagirdlərdə başqa xalqların dil və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət hissi, tolerantlıq formalaşdırdığını bir daha sübut etdi. Dərsdə fəal iştirak edən şagirdlərimiz ingilis dilinin öyrənilməsinə böyük maraq və istəklərini nümayiş etdirdilər.