Bülbül adına orta ixtisas musiqi məktəbində reallaşan maraqlı dərs

    Məktəbimizin 3"D" sinif şagirdlərinin növbəti musiqi dərsi Bülbül adına orta ixtisas musiqi məktəbində tədris edildi. Bülbül adına orta ixtisas musiqi məktəbinin tədris işləri üzrə müavini Rəna xanım ilk öncə şagirdlərə məktəbin yaranma tarixi barədə məlumat verdi. Rəna xanımın məktəbin muzeyində məktəbin yaradıcıları, tanınmış məzunları, prezident təqaüdçüləri barədə ətraflı məlumatı şagirdlər tərəfindən maraqla dinlənildi.  Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri şagirdlərimiz tərəfindən sevinc və rəğbətlə qarşılandı.

    3"D" sinif şagirdləri Bülbül adına musiqi məktəbi şagirdlərinin ifalarından sonra növbə ilə royal arxasına keçərək öz məharətlərini göstərməyə çalışdılar. Tədbirə qatılan direktor Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

    Sonda hər iki məktəbin rəhbərliyi məktəblər arasında əməkdaşlığın davamlılığının şagirdlərin bədii estetik tərbiyəsinin, mənəvi aləminin zənginləşməsinə xidmət edəcəyini bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi