“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbir
Bakı şəhər Məşğulluq İdarəsinin Peşə Hazırlığı və Sosial Müdafiə sektorunun baş məsləhətçisi Emil Camalov, Vüsal Bayramov, o cümlədən, Səbail Rayon Məşğulluq Mərkəzinin sektor müdiri Elbrus Allahverdiyev məktəbimizin qonağı oldular. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən dəvət olunmuş təlimçi Tünzalə Hacıyeva peşə, ixtisas seçiminin insan həyatının ən zəruri seçimlərindən biri olduğunu bildirdi. Gənc nəslin gələcək həyat yollarını müəyyənləşdirərkən hansı məsələlərə daha çox diqqət yetirmələri, bacarıq və qabiliyyətlərini düzgün qiymətləndirə bilmələri, istəklərinə uyğun qərar qəbul edə bilmələri üçün nə etməli olduqları haqqında maraqlı diskussiya apardı. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.