Sankt Peterburqla onlayn əlaqə

Məktəbimizin 7f və 7k sinfinin bir qrup şagirdi daimi və fəal oxucusu olduqları M. Qorki adına şəhər uşaq kitabxanasında həmyaşıdları – Rusiyanın Leninqrad vilayəti Slantsı Şəhər Uşaq Kitabxanasının oxucuları ilə onlayn görüşdə iştirak etdi. Görüş böyük rus şairi Sergey Yeseninin anadan olmasının 120 illik yubileyinə həsr edilmişdi.Dialoq şəklində çox təbii və səmimi keçən görüşdə məktəblilər Yeseninin həyat və yaradıcılığına,xüsusən, onun ”Qızıl dövr” adlandırılan Bakıda – Mərdəkanda yazıb-yaratdığı illərə dair maraqlı məlumatları bölüşmüş, şairin Bakı həyatı ilə bağlı maraqlı faktlardan, hal-hazırda Mərdəkanda vaxtilə onun yaşadığı evdə xatirə muzeyinin (otaq - muzey) fəaliyyət göstərməsindən söz açmış, Qafqazda yaşadığı zaman qələmə aldığı məşhur lirik şeirlərindən rus və azərbaycan dillərində nümunələr söyləmişlər. Rüstəmin rus dilində, Ləman, Nəzrin, Vəfa və Səkinənin isə şairin Əliağa Kürçaylının tərcüməsində azərbaycan dilində özünəməxsus şəkildə gözəl intonasiya ilə söylədiyi şeirlər xoş təsir bağışladı. Ana dilimizin şirinliyi və zənginliyi sayəsində şairin bir vaxtlar sevə-sevə yaratdığı duyğusal “İran nəğmələri” silsiləsindən olan “Ağcaqayın”,”Ana duası”,”Əlvida, Bakı” kimi lirik şeirləri tərcümədə belə qəlblərə yol tapmış oldu. Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Rzayeva, Rus dili və ədəbiyyatı müəllimləri Səbinə Həsənova və Nüşabə Orduxanova da iştirak edirdi. Xalqların mədəniyyətini,tarixini,ədəbiyyatını təbliğ etmək,millətlərarası münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək , Rusiya cəmiyyətində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədi daşıyan bu cür tədbirlərin rolu danılmazdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi