Valideynlər üçün “Açıq qapı”

    BŞTİ-nin Valideynlər üçün “Açıq qapı” layihəsi əsasında məktəbimizdə keçirilən tədbirdə BŞTİ-nin struktur bölmə rəhbəri  və Təlimə Dəstək Mərkəzinin metodisləri iştirak etmişlər.

    Tədbirin təşkilində məqsəd valideynlərin məktəbə daha yaxından cəlb edilməsi, onların fəaliyyətinin yalnız sinifdənxaric və məktəbdənkənar tədbirlərdə iştirakla məhdudlaşmaması, başlıcası müəllim-valideyn əməkdaşlığı vasitəsiylə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılması, bir sözlə, valideynin təhsilin məzmununa yaxından cəlb edilməsindən ibarət olub.

    Məktəb rəhbərinin idarəetmə prensipləri və dərs ilinin əvvəlindən bu günədək məktəbin fəaliyyətini əks etdirən təqdimatı, BŞTİ əməkdaşları və valideynlərin dərslərdə iştirakı, məktəbdə riyaziyyat fənn aylığı çərçivəsində VI sinif şagirdləri arasında təşkil olunan intellektual yarışma, 3d sinif şagirdlərinin vətənpərvərlik mövzusuna həsr edilmiş kiçik kompozisiyası tədbirin proqramına uyğun həyata keçirildi. Həm dəyirmi masa ətrafında təşkil olunan diskussiya, həm də Təlimə Dəstək Mərkəzinin metodisləri tərəfindən valideynlər üçün təşkil edilən sessiya layihənin məqsədinin reallaşmasına zəmin yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi